“Buta Airways”-də yemək neçəyədir? – QİYMƏTLƏR
02 NOYABR
701

“Buta Airways”-də yemək neçəyədir? – QİYMƏTLƏR

"Buta Airways" bütün reyslərində sərnişinlərə yemək təqdim edir. Turizm.fins.az xəbər verir ki, pulsuz menyuya sendviçlər və su daxildir.

Həmçinin "Buta Airways"in reyslərində əvvəlcədən bir neçə növ isti yemək sifariş etmək olar  İsti yeməkləri uçuşa ən azı 20 saat qalmış aviaşirkətin saytında və ya kassalarda aviabiletin alınması prosesi zamanı, həmçinin [email protected] elektron poçt ünvanı vasitəsilə çağrı mərkəzinə müraciət göndərməklə sifariş etmək mümkündür.

Əlavə olaraq hava gəmisinin göyərtəsində sərnişinlərə “Buta Airways” bort jurnalının “Onboard Cafe” bölməsindəki menyudan müxtəlif qəlyanaltılar və içkilər almaq təklif olunur.

Sərnişinlərə səhər yeməyinə  sosis, yumurta, blinçik təklif olunur. Nahar yeməyinə isə toyuq, balıq, dana əti verilir. Həmçinin Asiya vegetarian qidası, ciddi qərb vegetarian qidası, süd məhsualları olmadan vegetarian qidası, süd məhsualları daxil olmaqla diabetik qida, tərkibində az yagı olan qida, azkalorili qida, müsəlman qida, dəniz məhsulları, indus qida və koşer qidası təklif olunur. Bundan başqa uşaqlar üçün də xüsusi yeməklər verilir. Yeməklərin demək olar ki hamısının qiyməti 7.90(15.62 manat) avrodur. Yalnız körpə uşaqlar üçün qidalar 4.20(8.30 manat) avroya və koşer qida 20.10(39.74 manat) avroyadır. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır