Soyuq havada Lahıcda qonaqlamaq olar? – KƏND EVLƏRİ - QİYMƏTLƏR
02 NOYABR
1048

Soyuq havada Lahıcda qonaqlamaq olar? – KƏND EVLƏRİ - QİYMƏTLƏR

Bakı sakinlərinin də daha tez-tez üz tutduğu istiqamətlər Bakıya yaxın bölgələrdi. Buna əsas səbəb nəzərdə tutulan yerə daha az məsrəfə və daha qısa zamanda gedə bilmək imkanın olmasıdır. İsmayıllı turizm informasiya mərkəzindən Turizm.fins.az-a verilən məlumata görə hazırda Lahıcda yetərli sayda kənd evləri var. Bu evlərdən bəziləri yalnız yay mövsümündə qonaq qəbul etmək imkanına malik olsa da bəzi evlər payız və qış mövsümündə də qonaqlara qapılarını aça bilirlər. Lahıcda turistlərə təklif olunan evlər 1-2 mərtəbəli və apartmentlərdi. Bundan başqa evlərin bəzilərində ev sahibləri də qalır. Qiymətlərə gəlincə isə ev sahibi ilə bir evdə qonaqlamaq 1 otaq üçün 35 manatdır. Belə evlərdə ev sahibi evin 1-ci mərtəbəsində, qonaqlar isə ikinci mərtəbədə qalırlar. Həmçinin bu cür kənd evlərində sanitar qovşaq çöldə olur. Lakin ev sahibinin olmadığı evlərdə bir otağın bir günlük qiyməti 50 manatdır. Bu cür evlərdə sanitar qovşaq evin içində olur. Qeyd edək ki, göstərilən qiymətlərə səhər yeməyi daxil deyil. Ev sahibi olan evlərdə əlavə adambaşına 4 manat ödəməklə səhər yeməyi sifariş etmək mümkündür.

Lahıcda qonaqlara həmçinin apartmentlər də təklif olunur. Bu cür evlər daha geniş və çox otaqlı olurlar. Apartmentlərin bir günlük qiyməti 120-130 manatdır. Apartmentlər 3-4 otaqlı olur. Bu cür apartmentlərdə 14 nəfər qonaqlaya bilər. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır