Azərbaycandan Gürcüstana səfər edənlərin sayı 11% artıb
03 NOYABR
371

Azərbaycandan Gürcüstana səfər edənlərin sayı 11% artıb

2017-ci ilin yanvar-oktyabr ayları ərzində Gürcüstana Azərbaycandan 1 mln. 430 min 703 nəfər ziyarətçi səfər edib.

Fins.az APA-ya istinadən xəbər verir ki, bu, ötən ilin analoji göstəricisindən 10,8% çoxdur.

Oktyabr ayında Azərbaycandan Gürcüstana səfər edənlərin sayı 130 914 nəfər təşkil edib.

Cari ilin ilk 10 ayı ərzində Gürcüstana səfər edən əcnəbilərin ümumi sayı 6 mln. 430,824 min nəfər təşkil edib ki, bu da 2016-cı ilin eyni dövrü ilə müqayisədə 18,8% çoxdur.

Qonşu ölkəyə ən çox səfər edən xarici ziyarətçilər arasında Azərbaycanla yanaşı Ermənistan (15,8% artım), Rusiya (33,3%),) və İran vətəndaşları (122,8%) da yer alıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır