Yeni İldə azərbaycanlılar ən çox bu ölkələrə gedəcəklər
06 NOYABR
584

Yeni İldə azərbaycanlılar ən çox bu ölkələrə gedəcəklər

Artıq Yeni İlə 2 ay vaxt qalıb . Bu isə o deməkdir ki, bayramı xarici ölkələrdə keçirmək istəyənlər artıq istədikləri ölkələrə turpaketlər alırlar. Bəs yerli turistlərimiz yeni ildə ən çox hara getməyə üstünlük verirlər. Turizm.fins.az-ın sualına cavabı İnturist travel turizm şirkətinin meneceri Lətifə Əliyeva cavablandırıb. Şirkət nümayəndəsinin sözlərinə görə hazırda azərbaycanlı turistlərin xarici istiqamətdə ən çox aldıqları turpaketlər BƏƏ-nin Dubay şəhəri və Gürcüstanın Bakurianı şəhərlərinədir. Adları çəkilən istiqamətlərdə istirahət qiymətlərinə gəlincə isə Dubayda Yeni ilə 3-4 günlük istirahət paketləri 450-520 dollar arasında dəyişir. Bakuriani də isə  3 gecə 4 gün qiymətlər 250 dollar arasında dəyişir. Yeni İldə Antalyada 4 günlük istirahət qiymətləri bir nəfər üçün 700-800 dollar arasında dəyişir. Bu məbləğin böyük hissəsini  400 dolları aviabilet qiyməti təşkil edir.

Olkədə yetərincə tanınan Online travel turizm şirkətinin outgoing üzrə meneceri Leyla Zeynalova Yeni İl bayramında azərbaycanlı turistlərin Dubaya getməklərinin bir səbəbi kimi də Dubay Şoping festivalın olduğunu göstərdi. Onun sözlərinə görə bu il dekabrn 26-dan yanvarın 28-nə kimi keçiriləcək festivala artıq xeyli sayda insanlar tərəfindən maraq var. Belə ki, Dubayda şoping festival zamanı satılan mallara 30-40% endirimlər olur. Leyla Zeynalova hazırda müştərilərə dekabrn sonu yanvarın əvvəlinə təsadüf edən tarixlərə turların bir nəfər üçün 384 dollar olduğunu bildirdi. Qeyd edək ki, bu qiymətə gediş-gəliş aviabilet, 3 gecə  4 ulduzlu oteldə qonaqlama, səhər yeməyi və sığorta daxildir. Dubay turları ilə maraqlananlar 012 409 44 10;055 409 44 40 telefon nömrələri ilə əlaqə saxlaya bilərlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır