Yeni İldə Kutaisidən Avropaya neçəyə uça bilərəm? – QİYMƏTLƏR
06 NOYABR
471

Yeni İldə Kutaisidən Avropaya neçəyə uça bilərəm? – QİYMƏTLƏR

Yeni İl bayramına hər gün daha az müddət qaldığından bu bayramı xarici ölkələrdə keçirmək istəyənlər üçün bir məsələ daha da aktual olur. Yeni İl bayramı tarixlərində xarici ölkələrə uçuş biletləri neçəyə olacaq. Turizm.fins.az bu sualın aktuallığını nəzərə alaraq Yeni İldə Wizz Air ilə Avropaya bilet qiymətlərini öyrənib. Belə ki, Online traveldən Turizm.fins.az-a verilən məlumata görə azərbaycanlıların Yeni İldə ən çox üz tutduğu şəhərlərə qiymətlər aşağıdakı kimidir.

29 dekabr-5 yanvar – Kutaisi – Saloniki – Kutaisi – 110 avro

29 dekabr-5 yanvar – Kutaisi-Berlin-Kutaisi – 285 avro

29 dekabr – 3 yanvar – Kutaisi- Milan -Kutaisi – 215 avro

28 dekabr – 3 yanvar – Bakı – Budapeşt – Bakı – 300 avro

Online traveldən verilən məlumata görə Wizz Air bayram tarixlərinə az qaldığından bilet qiymətlərini artırıb. Belə ki, adi günlərdə Kutaisi-Berlin-Kutaisi aviabileti 90 avro olduğu halda bayram günlərində 285 avroya qədər bahalaşıb. Həmçinin şirkətdən o da bildirilib ki, Online travel digər turizm şirkətlərinin bir çoxundan fərqli olaraq bilet qiymətlərini müştərilərə öz qiymətinə təklif edirlər. Yəni bilet satışı zamanı hər hansı mənfəət güdülmür. Digər istiqamətlərə qiymətlərlə maraqlananlar 012 409 44 10;055 409 44 40 telefon nömrələri ilə əlaqə saxlaya bilərlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır