60 manata Gürcüstanın 3 şəhərinə tur – QİYMƏTLƏR
06 NOYABR
1753

60 manata Gürcüstanın 3 şəhərinə tur – QİYMƏTLƏR

Tour D Caucasus turizm şirkətindən Turizm.fins.az-a verilən məlumata görə adı çəkilən şirkət 18 noyabrda 1 gecə 2 günlük Gürcüstana tur təşkil edəcək. Tura Gürcüstanda Siqnaxi-Tbilisi-Mtsxeta şəhərlərinə səfərlər daxildir. Adı çəkilən şirkətdən tur haqqında məlumat verən Yusif Yusifov turun 60 manata olduğunu bildirdi. Məlumat üçün bildirək ki, tur Şəki şəhərindən təşkil olunacaq. Qiymətə  gəlincə isə 60 manata nəqliyyat, Tbilisidə hosteldə gecələmə, bələdçi xidməti,  fotoçəkilişlər,  adı çəkilən hər üç şəhərdə ekskursiyalar və iki dəfə səhər yeməyi daxildir. Turla maraqlananlar 024 244 60 54; 055 429 48 48; 051 861 18 98 telefon nömrələri ilə əlaqə saxlaya bilərlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır