Bakıda "Dördüncü Bayraq Festivalı" keçiriləcək
07 NOYABR
155

Bakıda "Dördüncü Bayraq Festivalı" keçiriləcək

Noyabrın 8-də Baki İdman Sarayında “9 noyabr - Dövlət Bayrağı günü” münasibəti ilə Gənclər və İdman Nazirliyi tərəfindən “Dördüncü Bayraq Festivalı” keçiriləcək.

Turizm.fins.az Bu barədə Trend-ə Azərbaycan Gənclər Fondundan məlumat verilib.

Tədbirdə Prezident Administrasiyasının rəsmiləri, nazirlər, millət vəkilləri, Fövqəladə Hallar, Daxili İşlər, Müdafiə Nazirliklərinin, Dövlət Təhlükəsizliyi Xidmətinin hərbçilərinin və media nümayəndələrinin iştirakı nəzərdə tutulub.

Tədbirdə Dövlət Sərhəd Xidmətinin nümunəvi hərbi orkestrinin, bayraq tağımının, xüsusi təyinatlılarının nümunəvi çıxışları, həmçinin incəsənət ustalarının iştirakı ilə konsert proqramının təşkili nəzərdə tutulub.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır