Daha bir neçə aviaşirkət Heydər Əliyev Beynəlxalq Aeroportunda “Terminal 2”dən uçuşlar həyata keçirəcək
07 NOYABR
567

Daha bir neçə aviaşirkət Heydər Əliyev Beynəlxalq Aeroportunda “Terminal 2”dən uçuşlar həyata keçirəcək

Daha bir neçə aviaşirkət Heydər Əliyev Beynəlxalq Aeroportunda “Terminal 2”dən uçuşlar həyata keçirəcək. Fins.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportundan məlumat verilib.

Bildirilib ki, Heydər Əliyev Beynəlxalq Aeroportu “Terminal 2”nin şimal girişindən uçuşların başlanması ilə əlaqədar olaraq, bu terminaldan noyabrın 16-dan etibarən “Azərbaycan Hava Yolları” QSC-nin Bakı-Bağdad reysləri, dekabrın 1-dən isə “Iraqi Airways” və “Al-Naser Airlines” aviaşirkətlərinin Bağdad-Bakı reysləri həyata keçiriləcək.

Xatırladırıq ki, oktyabrın 29-dan etibarən “Buta Airways” loukosteri artıq bu terminaldan uçuşlar həyata keçirir. Gələn reyslər isə “Terminal 1” dən həyata keçirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır