Azərbaycan və İsveçrə otelləri arasında fərq nədədir? - Tyerri Lavalle – MÜSAHİBƏ
08 NOYABR
654

Azərbaycan və İsveçrə otelləri arasında fərq nədədir? - Tyerri Lavalle – MÜSAHİBƏ

Paytaxt Bakının turizm sahəsində növbəti qonağı Cenevrə Otellər Assosiasiyasının rəhbəri və dünyaca məşhur otel brendləri olan  HERMES, BULGARI, TOUS, WELLA PROFESSIONALS, L.RAPHAEL və Grand Hotel Kempinski Geneva-nın rəsmi təmsilçisi Tyerri Lavalle olub. O Turizm.fins.az-ın otel sənayesi barədə suallarını cavablandırıb.

Artıq 30 ildir ki bu sahədə çalışdığını bildirən Tyerri Lavalle Cenevrədə 9300 otaq fondunun olduğunu bildirib. O, bu rəqəmin 200 min əhalisi olan şəhər üçün böyük göstərici olduğunu bildirdi. Turizm.fins.az Tyerri Lavalelle müsahibəni təqdim edir.

Azərbaycan və İsveçrə otelləri arasında fərq nədədir?

Sizdə çox gözəl tikililər var. Otellərin dizayn çox gözəldi. Otellərinizdəki avadanlıqlar müasirdi. Fərqlərə gəlincə isə onu deyə bilərəm ki, İsveçrədə qonaqları fərqli qəbul edirik  onlarla fərqli davranırıq. Bu bizim özümüzə məxsus olan bir şeydir.  Həmçinin bizdə personal fərqli treyninq keçir. Biz artıq treyninqi uzun müddətdir keçirik ki bu da bizim əsas uğur açarlarımızdan biridir.  İnsanlar  otellərdə yalnız onun gözəlliyini deyil həmçinin özündə xüsusi təəssüratlar yaradan otelləri seçirlər. Mən fikirləşirəm ki hələki fərqlər yalnız treyninqlərdədir. Azərbaycan otellərində bunu başa düşürlər və surətlə bu yolda irəliləməyə çalışırlar. Bu təcrübə Avropada artıq çoxdan formalaşıb. Lakin sizin ölkədə də otellər, bu yolda sürətlə addımlamaqdadırlar.

Azərbaycan otellərində ən çox xoşunuza nə gəlib?

Mənim çox xoşuma gəldiki sizdə otellər müasirdir. Çünki onlar tamamilə yenidir. Ona görə də ən müasir avadanlıqlar var otellərinizdə. Otellərinizdə texnalogiyalar da olduqca müasirdir.

Azərbaycanlı biznesmenlər otel bizneslərini necə inkişaf etdirməlidirlər?

Hesab edirəm ki, otel sahibləri öz otellərində çoxlu sayda tədbirlərin keçirilməsinə nail olsunlar. Bundan başqa daim yeniliklər tətbiq etmək lazımdır.

Azərbaycana ən çox hansı seqmentdə olan otellərə ehtiyac var?

Bu sahədə yeni olan şəhərlər 5 ulduzlu otellərdən başlayırlar. Bu elə də pis deyil. Çünki bu zaman bu şəhər haqqında müəyyən bir fikir formalaşır və belə otellər kreysir rolunu oynayırlar. Lakin ikinci əsas məslələrdən bir o olur ki, 3 və 2 ulduzlu otellər istifadəyə verilsin. Lakin belə otellər də fəaliyyətə başlayarkən  beynəlxalq standartlara cavab verməsi çox önəmlidir.  Çünki bu daha çox turistlərin cəlb olunmasına səbəb olacaq. Beynəlxalq arenada bu cür iki ulduzlu olub lakin artıq brendə çevrilməkdə olan otellər çoxdur. Belə otelləri dərhal müştərilər tanıyır və bilirlər ki onları orada nə gözləyir. Əgər şəhəriniz daha çox turist qəbul etmək istəyirsə o zaman hər seqmentdə otellər istifadəyə verməlidir. Misal olaraq Dubayı demək olar. Bir müddət əvvəl Dubayda turizm şəhərinə çevrilərkən ilk öncə 5 ulduzlu otellərə üstünlük verilmişdi. Lakin indi onlarda da bu başa düşülüb və daha az ulduz təsnifatı olan otellər istifadəyə verilməyə başlayıb. Əvvəllər Dubayda da daha çox 5 ulduzlu tikirdirlər indi isə 2, 3 və 4 ulduzlu otellərə üstünlük verirlər.

Avropalı turistlər daha çox az ulduzlu otellərə üstünlük verirlər?

Avropalı turistlər üçün belə bir qızıl qayda yoxdur.  Avropada  həm iki ulduzlu həm üç ulduzlu otellər var. Avropalı turistlər arasında müxtəlif seqmentdə otellər seçənlər var. Bir onu deyə bilərəm ki elə də bahalı olmayan otellər yaxşı olar ki dünyəvi brendlər olsun. Bu sizə müxtəlif xoşa gəlməyən surprizlərdən yan keçməyə köməklik edəcək. Çünki baha olmayan otellər olan da insanlar keyfiyyətə şübhə edirlər.

İsveçrə otellərinin üstünlükləri nədir?

İlk öncə biz otellərimiz İsveçrə otelləri olmağı adını daşıyırlar. Hesab edirəm ki, bizim otellərin personalı xidmət sahəsində çox güclüdür. Bizdə bu artıq qanımızdadır. Bu bizdə yüzilliklərlə formalaşıb. İsveçrədə otel sahəsində çalışan insanlar müstəqil qərar verə bilirlər. İşçilərimizin müstəqil qərar qəbul edə bilməkləri üçün biz onlara çoxlu sayda təlimlər keçirik. Hesab edirəm ki, bu bizim əsas göstəricimizdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır