"Kempinski" Azərbaycana qayıdır?
10 NOYABR
633

"Kempinski" Azərbaycana qayıdır?

Azərbaycanda qonaq olan Cenevrə Otellər Assosiasiyasının rəhbəri və dünyaca məşhur otel brendləri olan  HERMES, BULGARI, TOUS, WELLA PROFESSIONALS, L.RAPHAEL və Grand Hotel Kempinski Geneva-nın rəsmi təmsilçisi Tyerri Lavalelle Turizm.fins.az-a müsahibə verərkən ölkəmizdə bir müddət əvvəl fəaliyyət göstərib, lakin sonradan işini dayandıran Kempinski otel haqqında da söz açıb. Tyerri Lavalelle Kempinski üçün Azərbaycanın prioritet məkanlardan biri olduğunu vurğulayıb. O yeni Kempinskinin fərqli bir məkanda daha bir geniş ərazidə olacağını vurğulayıb. Kempinskinin yerləşdiyi məkanın böyük önəm kəsb etdiyini deyən Tyerri Lavalelle gələcəkdə Bakıda açılacaq Kempinskinin dəniz qırağında ola biləcəyini istisna etməyib. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır