Yeni İldə Dubaya gedəndə 1-ci bunun vacib olub olmadığını soruşun
10 NOYABR
1113

Yeni İldə Dubaya gedəndə 1-ci bunun vacib olub olmadığını soruşun

Dubay turlarının Yeni İl qiyməti “50 dərəcədir” – DUBAYA ƏN YAXŞISI BU TARİXDƏ SƏFƏR EDİN

Dubay turları bu ölkənin səhraları kimi “od tutub yanır”. Belə ki, bu ölkəyə Yeni İldə olan turlar ötən illə müqayisədə  2 dəfəyə yaxın bahalaşıb. Ötən il dekabr yanvar aylarında Dubaya tur biletləri iki nəfər üçün 1200-1500 dollar olduğu halda bu il artıq noyabrdan etibarən qiymətlər 1100-1500 dollar olub. Turizm.fins.az -a müsahibə verən turizm şirkətlərindən birinin meneceri Lətifə Əliyeva qiymət artımını bu istiqamətə bütün dünya üzrə tələbin çox olması ilə əlaqəli olduğunu bildirib. Həmçinin şirkət meneceri Dubaya olan tur qiymətlərinin hansı aviaşirkət ilə səfər olunması ilə də əlaqəli olduğunu bildirdi. Lətifə Əliyevanın sözlərinə görə Dubayda olan otellər qarşılıqlı anlaşma əsasında hər aviaşirkətə müxtəlif  qiymətlər təklif edir. Bu da aviaşirkətə görə otel qiymətinin də dəyişməsinə səbəb olur. Lətifə Əliyeva, Dubaya səfərin ən uyğun vaxtın yanvarın sonları fevralın əvvəli olduğunu qeyd etdi. Belə ki, bu vaxtlarda Dubaya iki nəfərlik turpaketin qiyməti 530 dollardan başlayır.

Bundan başqa verilən məlumata görə  Yeni İldə Dubayda otellərin bəzən müştərilərə məcburi Yeni İl şou proqramlarının alınması tələb edilir. Şou proqramların adambaşına qiyməti isə 80-500 dollar arasında dəyişir.

Məlumat üçün bildirək ki,  yuxarıda sadalanan tur qiymətlərinə aviabilet (gediş-dönüş), sığorta, oteldə 3 gecə 4 gün qonaqlama və səhər yeməyi daxil olur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır