Kim Çen In bu ölkə vətəndaşlarına vizanı sadələşdirib
14 NOYABR
1771

Kim Çen In bu ölkə vətəndaşlarına vizanı sadələşdirib

Şimali Koreya hökuməti rusiyalı turistlər üçün viza verilməsi qaydalarını sadələşdirib. Bundan sonra rusiyalı turistlərə viza verilməsi cəmi iki gün vaxt alacaq. Turizm.fins.az Rusiya mediasına istinadən xəbər verir ki, bu ölkə vətəndaşlarına viza verilməsi qaydaları sadələşdirildiyindən Yeni İl də rusiyalı turistlər hətta bir gün ərzində Şimali Koreyaya viza ala biləcəklər. Aparılan araşdırmalardan bəlli olub ki,2017-ci ilin ilk 9 ayı ərzində ötən ilin analoji dövrü ilə müqayisədə Rusiyadan Şimali Koreyaya gələn turistlərin sayında iki dəfə artım müşahidə olunub.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır