Türkiyə 2018-ci ildə turizmdən bu qədər qazanacaq
14 NOYABR
232

Türkiyə 2018-ci ildə turizmdən bu qədər qazanacaq

Türkiyənin 2018-ci ildə turizmdən gəlirləri artacaq. Turizm.fins.az bu ölkənin turizm nazirliyinə istinadən xəbər verir ki, gələn bu ölkənin turizmdən gəlirləri 30 milyard dollar olacaq. 2016-cı ildə Rusiya ilə münasibətlərin “soyuması” Türkiyənin turizm sahəsinə də öz təsirini göstərmişdi nəticədə ölkənin turizmdən olan gəlirləri azalmışdı. Lakin 2017-ci ildən etibarən iki ölkə arasında münasibətlərin yaxşılaşması turizm sahəsində də özünü biruzə verdi. Bu ilin sonuna kimi Türkiyə 31.4 milyon turist qəbul etməyi fikirləşir ki, bu da 26 milyard dollar gəlir deməkdir. Gələn il isə Türkiyəyə gələcək turistlərin sayının 38 milyon nəfər olacağı bildirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır