Fransada 1 avroya evlər satılır - Bu evləri hərkəs ala bilər
17 NOYABR
2144

Fransada 1 avroya evlər satılır - Bu evləri hərkəs ala bilər

Əgər nə vaxtsa Fransada ev almaq arzunuz olubsa onda bu şansı əldən verməyin. Turizm.fins.az qərb mediasına istinadən xəbər verir ki, Fransada 18 ev 1 avroya satılır. Bəli düz oxuduz cəmi 1 avroya. Lakin bu evləri almaq istəyənlər üçün xüsusi tələblər var.

İlkin tələb bu evlərdən birini alan mütləqdir ki öz hesabına evi, təmir etdirməlidir. Bu evlərin təmiri üçün isə ən azından min avro tələb olunur. Təmirdən sonra aidiyyatı dövlət qurumları bu evdə yaşamağın imkanlarına baxıb rəy verirlər. İkinci tələb isə təmirdən sonra əldə olunan mənzildə ən azı 6 il yaşamaq lazımdır. Həmçinin evlər tək adamlara satılmır. Yalnız ailəli şəxslər bu evlərdən birini əldə edə bilərlər. Bundan başqa 1 avroya ev alan şəxsin Fransada ilk evi olmalıdır.

Evlər Fransanın Rube şəhərində yerləşir. Bu şəhər Fransanın ən kasıb şəhərlərindən biri hesab olunur. Burada işsizlik olduqca böyükdür. Həmçinin narkomaniya da baş alıb gedir. Evlərin satışı Fransa hökumətinin hazırladığı sosial lahiyənin bir hissəsidir. Qeyd edək ki, bir müddət öncə Böyük Britaniyanın Liverpul şəhərində də buna oxşar lahiyə həyata keçirilmişdi. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır