Ucuz turlarımızın sirri budur – MÜSAHİBƏ
23 NOYABR
4484

Ucuz turlarımızın sirri budur – MÜSAHİBƏ

Ölkəmizdə bir çox turizm şirkətləri var. Bu şirkətlər arasında artıq çoxdan bazarda özünə yer tutanları olmaqla yanaşı yeni fəaliyyətə başlayıb lakin tez bir zamanda olduqca çoxlu sayda müştəri olanları da var. Elə belə turizm şirkətlərindən biri də "Fine Travel" turizm şirkətidir. Adı çəkilən şirkət 2017-ci ilin may ayından etibarən fəaliyyət göstərir. Şirkətin Sales direktoru Nəzrin Məmmədzadə "Fine travel" turizm şirkətinin yaranma tarixcəsindən və turların qiymətləri barədə Turizm.fins.az – a danışıb. Nəzrin Məmmədzadə ilə müsahibəni təqdim edirik.

 Necə oldu ki, turizm şirkəti açmaq qərarına gəldiz?

2017-ci il mayın 10-dan işə başlamışıq. Mənim ixtisasım maliyyə sahəsindədir.  Amma marağım həmişə turizmə olub. Turizm sahəsində 2014-ci ildən çalışıram. Günlərin bir günü 2 nəfər dost bir araya gələrək fikirləşdik ki, niyə məhz biz turizm şirkəti açmayaq elə bundan sonra turizm şirkəti açdıq.

Sizi digər turizm şirkətlərindən fərqləndirən nədir?

Bizi başqa turizm şirkətlərindən fərqləndirən turlarımızın qiymətidir. Bunu bütün müştərilərimiz təsdiq edə bilər. Həmçinin biz də yalnız bir neçə istiqamət yox bütün istiqamətlərə olan turlar olduqca ucuzdur. Biz Avropaya, sanatoriyalara turlar təşkil edirik. Ümumiyyətlə bütün ölkələrə turlar təşkil edirik. Biz də yalnız dini turlar olmur. Dini turları da yalnız müyyən turizm şirkətləri təşkil edir. Bu cür turları bütün turizm şirkətləri təşkil etmir. Ancaq bu sahədə ixtisaslaşmış şirkətlər təşkil edir.

Şirkətinizin nə qədər müştəri bazası var?

Əvvəllər 5 min müştəri bazamız  var idi. Müştəri bazamızdan mini erkən rezervasiya etdirən turistlərimizdi. Onlar daha çox yay üçün rezervasiya etdirirlər. Hazırda isə 8 min müştəri bazamız var.

Ölkə daxili və ölkə xarici turlarınız hansılardı ?

Ölkə daxili turlar etmirik. Biz də ancaq outgoingdi. Ölkə daxili turlar etmək istəmirik. Bizdə incoming olacaq. İki ay sonra açılacaq. Daha çox çalışırıq xarici ölkələrdən bura və Azərbaycandan xarici ölkələrə turistlər üçün tur təşkil edək.

Ucuz turlarınızın sirri nədədir?

Adətən tur axtaranda bəzi menecerlər bir iki axtarış sistemindən istifadə edirlər. Amma biz axtarış edəndə ən azı 8-9 sistemdən maraqlanırıq. Nəticədə qiymətləri müqayisə edib ən ucuzu tapıb müştəriyə təqdim edirik. Bundan başqa tur qiymətlərə xidmət haqqı olaraq çox az pul qoyuruq. Başqaları ilə müqayisədə iki dəfə az pul qoyuruq. Bunun da nəticəsidir ki, bizim turlar daha ucuz olur. Bizim məqsədimiz pul qazanmaq deyil də müştəri mənmuniyyətidir.

Ən ucuz turunuz hansı istiqamətədir?

Biz də İstanbula turun qiyməti 99(199 manat) avrodur. Bu qiymətə İstanbula gediş-gəliş aviabileti, səhər yeməyi, oteldə qonaqlama daxildir.

Yeni İllə bağlı nə kimi kampaniyalarınız var?

Biz də yeni ildə İstnabula, Avropa şəhərlərinə, həmçinin Dubaya da turlarımız var və ucuzdur. Təlabat daha çox ölkə daxili olur. Lakin ötən illə müqayisədə Yeni İldə ölkə daxili turlara tələb olduqca azalıb. Buna səbəb ölkə daxili turpaketlərin qiymətinin baha olmasıdır. Çoxları düşünür ki, 99 avroya İstanbula gedə bilər. Lakin ölkə daxili istirahət üçün 500 manat ödəyir. Bu səbəbdən daha çox xaricə üstünlük verirlər.  Elə bu səbəbdən də ölkədaxili turlara üstünlük vermirik.

Yerli turiztlərimizə Yeni İldə hansı istiqamətə səfəri tövsiyə edərsiz?

Yeni İldə Laplandiyaya turlar təklif edirik. Düzdü bu istiqamət olduqca bahadır. Amma biz ucuz qiymətə təklif edirik. Daha sonra Uludağ və Kapadokiyanı təklif edərdim. Elə Yeni İldə də insanlar daha çox bu istiqamətlərlə maraqlanırlar.

Biz dağ-xizək turizmi ilə bağlı daha çox Uludağı təklif edirik. Çünki bu istiqamət digərləri ilə müqayisədə daha ucuzdur. Məlumat üçün deyim ki, Uludağda 5 ulduzlu otellər yoxdur. Burada 4 ulduzlu və daha az təsnifatlı ulduzlu otellərdi.

Qeyri-adi istiqamətdə turlarınız olur? Misal üçün Afrika ölkələrinə?

Bəli olur. Amma bu cür turlar qrup halında olmur. Bu cür turlar adətən fərdi olur.

Bu günə kimi ən qeyri-adi turlarınız hara olub?

Bu günə kimi Zənzibar olub. Düzdü bu istiqamətdə olan tur elə də qeyri-adi tur deyil. Amma ölkəmizdə çox nadir sayda bu istiqamatə gedən turistlərimiz var.

Azərbaycanlılar daha çox hansı istiqamətlərə səfər edirlər?

Mən hesab edirəm ki, bu il Türkiyədə türkiyəlidən çox azərbaycanlı olacaq. Çünki bu il Türkiyəyə olduqca çox sayda sifarişlər gəlib. Mən özüm də növbəti həftə Türkiyəyə səfər edəcəm. Türkiyəyə artıq 9 dəfə səfər etmişəm. Amma yenə də səfər etmək istəyirəm. Hələ getməmişdən öncə fikirləşirəm ki, aprel ayı üçün də Türkiyəyə tur alım. Yerli turistlərimiz daha çox İstanbula, Sankt-Peterburqa və Moskvaya gedirlər. Ötən illərlə müqayisədə bu il Dubay turlarına  tələb azalıb. Səbəb isə Yeni İl üçün Dubaya olan turların olduqca baha olmasıdır.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır