Səyahətə getməyinizə səbəb olacaq 12 film
24 NOYABR
422

Səyahətə getməyinizə səbəb olacaq 12 film

Ola bilər ki, ərinirsiz və evdən bayıra çıxmaq istəmirsiz. Hətta bəhanə kimi havanın yağışlı, ya da kəskin isti olduğunu deyirsiz. Amma sizə təklif edəcəyimiz bu filmləri izlədikdən sonra içinizdə səyahət sevgisi yaranacaq!

1. Günəşin çıxmasından öncə – Vyana

Budapeştdən Parisə gedən iki gənc qatarda tanış olur və Vyanada düşərək, bir günü birlikdə keçirmək qərarına gəlirlər. Təbii ki, bu zaman bir-birlərinə qarşı müəyyən yaxınlıq da hiss etməyə başlayırlar. 1995-ci ilin istehsalı olan bu film Vyananı sevməyinizə səbəb olacaq.

2. İspan pansionu – Barselona

Film həyatdan nə istədiyini bilməyən tələbə Xavierin macəralarından bəhs edir. Xavier Barselonada keçirəcəyi bir il ərzində özünü tapa biləcəkmi?

3. İtmiş tərcümə – Tokio

Film özünü kəşf etmək istəyən Şarlotta (Scarlett Johansson) ilə darıxdırıcı evliliyi olan Bobun (Bill Murray) macəralarından bəhs edir. Dil və mədəniyyət fərqi olan qeyri-adi cütlüyün Tokioda keçirəcəyi əyləncəli anlar sizi həm güldürəcək, həm də düşündürəcək.

4. İyunda – Hamburq, Budapeşt, İstanbul

Almanca adı “İm Juli” olan filmin qəhrəmanı Daniel (Moritz Bleibtreu) sevdiyi qadını tapmaq üçün Hamburqdan İstanbula doğru yola çıxır və macəra dolu anlar keçirir. Fatih Akının rejissoru olduğu bu film eşq hekayəsidir, yoxsa İstanbulun gözəlliyinə həsr olunmuş bir film? Qərarınızı izlədikdən sonra verin.

5. Ye, Dua et, Sev – İtaliya, Hindistan və İndoneziya

Kənardan mükəmməl görünən həyatını atıb, yeni başlanğıc etmək istəyən Liz Gilbert (Culia Roberts) İtaliya, Hindistan və İndoneziyanı əhatə edən və eşqi tapdığı dünya turuna çıxır. Bu filmi izləməlisiniz.

6. Mənim Afrikam – Keniya

Karen Bilixen (Meryl Streep) əri Baron Bror von Blixenlə (Klaus Maria Brandauer) qəhvə əkib-becərmək üçün Keniyaya köçür. Əri ilə arası heç də yaxşı olmayan Karen burada ovçu Dens Finç Hatton (Robert Redford) ilə tanışır və Afrikanın parıldayan günəşi altında ona aşiq olur.

7. Qumsal – Tayland

2000-ci ilin istehsalı olan bu filmdə baş rolu Leonardo Di Kaprio canlandırır. Amerikalı gənc Riçard Taylanda səyahətə gedir və özünü cazibədar (amma bir o qədər də qəribə) bir adada tapar.

8. Motosiklet gündəliyi – Cənubi Amerika

Çhe Quevaranın gəncliyindən bəhs edən bu filmdə onun 23 yaşında motosikletlə Cənubi Amerika turundan bəhs edir. Bu turda gəzdiyi ölkələr, tanış olduğu insanlar, qarşılaşdığı həyatlar onun  həyatında dərin izlər buraxır.

9. Telma və Luiz – Böyük Kanyon


 Ofisiant işləyən və sevgilisi ilə problemlər yaşayan Luiza (Susan Sarandon) və ərindən bezən Telma (Geena Davis) bir gün həyatlarında dəyişiklik etmək qərarına gəlirlər. Avtomobilə minərək səyahətə çıxan xanımlar yolda bir çox problemlə qarşılaşır. 1991-ci ildə Oskar alan bu filmi mütləq izləyin.

10. Loose Cannons – İtaliya

İtaliyanın cənubunda yaşayan Kantonlar ailəsi 1960-cı ildən etibarən makaron istehsalı ilə məşğul olur. Ailənin kiçik oğlu Tomaso isə Romadan ailəsini görməyə gəlir və həyatının gizli məqamlarını ailəsinə danışmaq qərarı verir. Hadisələrin Leççe şəhərində baş verdiyi bu filmi izləməyə dəyər.

11. Ameli – Paris

Bu filmə baxdıqdan sonra həyatınızda bir dəfə də olsa, Parisə getmək istəyəcəksiniz. Ofisiantlıq edib öz sakit həyatını yaşayan Ameli Parisin kafelərində, metrosunda, küçələrində başqalarına kömək edir. Elə bu an eşqlə tanış olur. Bu filmi mütləq izləməyinizi tövsiyyə edirik.

12. Tibetdə yeddi il – Tibet

Avstriyalı alpinist Henrix Harrer (Bred Pit) 1939-cu ildə Himalaylara səhyahətə gedir, lakin həmin vaxt İngiltərə tabeçiliyində olan bölgədə ingilis əsgərlər tərəfindən həbs edilir. Həbsdən qaçmağı bacaran Harrer Tibetin müqəddəs şəhəri Lasa gedir və burada Dalay Lama ilə yoldaş olur.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır