Bakı MDB-nin ən yaxşı qış turizm şəhəri reytinqində 3-cü olub
24 NOYABR
310

Bakı MDB-nin ən yaxşı qış turizm şəhəri reytinqində 3-cü olub

 Bakı şəhəri qış səfərləri üzrə ən yaxşı MDB şəhərləri siyahısında III yeri tutub.

Fins.az bu barədə “TurStat” analitik agentliyinin hazırladığı qış səfərləri üzrə ən yaxşı MDB şəhərləri reytinqinə istinadən xəbər verir.

Bakı bu siyahıda Minsk (Belarus) və Almatıdan (Qazaxıstan) sonra yer alıb. 

İlk onluqda həmçinin Yerevan (Ermənistan), Daşkənd (Özbəkistan), Astana (Qazaxıstan), Brest (Belarus), Bişkek (Qırğızıstan) və Kişinyov (Moldova) yer alıb. Maraqlıdır ki, 10-cu sıranı Azərbaycanın digər şəhəri - Gəncə tutub.

© Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır