“Soçi” qonaqları qəbul etməyə hazırlaşır
27 NOYABR
150

“Soçi” qonaqları qəbul etməyə hazırlaşır

Ötən həftəsonu Rusiyanın Soçi şəhərində yerləşən qış turizm məkanları artıq mövsümü açıq elan ediblər. Turizm.fins.az xəbər verir ki, "Roza Xutor" və "Qorki Qorod" istirahət məkanlarında artıq xizək xəttləri yoxlanılıb və bir neçəsi işə başlayıb. Məlumata görə, qarın həcmi çoxalacağı təqdirdə digər zolaqlar da işə başlayacaq. “Soçi” ötən illə müqayisədə bu mövsüm gələnlərin sayının 7% çox olacağını planlaşdırır. Məlumat üçün bildirək ki, Soçi istirahət mərkəzləri rəsmi açılışı 15 dekabrda edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır