Pamporovanın Havası, təbiəti, İqlimi ...
28 NOYABR
231

Pamporovanın Havası, təbiəti, İqlimi ...

Pamporova, Rodop Dağlarının ortasında Snejanka zirvəsinin ətəklərində yerləşən, təbiəti ilə insanı ovsunlayan möcüzəvi bir bölgədir. Pamporovanın iqlimi ovsunlayıcıdır, çünki yerdə qar olmasına baxmayaraq hava günəşli olduğu üçün üşümək olmur. Hətta 240 gün ərzində günəşli günə sahibdir. Burada qış uzun, lakin mülayim keçir. Ən gözəl yanı da uçqun təhlükəsi və güclü qasırğa, küləkləri olmadığı üçün özünüzü təhlükəsiz hiss edəcəksiniz.

Əl dəyməmiş təbiəti, nəfəsinizi kəsən mənzərələri ilə Rodop Dağlarının hər nöqtəsinin fotosunu çəkəcəksiniz. Havası çox təmizdir və bölgədə mənfi iyonlaşma dərəcəsi yüksekdir. Bu səbəblə tənəffüs sistemi xəstəlikləri, sinir sisteminin bərpası və metabolik xəstəliklər üçün bu tətil diyarı çox uyğundur.

Pamporova Xizək Bölgesi

Pamporovo Kompleksi çox qədim tarixə malikdir. 20-ci əsrin əvvəllərindən bəri burada qış idmanları keçirilib . Pamporovadakı enmə zolaqları müxtəlif çətinlik səviyyələrindədir. Yeni xizək sürməyə baslayanlar asan yaşıl yamaclarda, orta səviyyədəkilər qırmızı yamaclarda, peşəkarlar isə çətin qara yamaclardan istifadə edirlər. Dörd mövsüm əvvəl hazırlanan Fun Park ekstrim xizəkçilər və snowboardcular ilə çox məşhurdur. Ümumi eniş zolağı isə 37 kilometrdir.

Pamporovoda bir neçə əsas xizək sahəsi var ki, buradan təpəyə çıxa bilərsiniz. Snejanka təpəsinə çıxmaq üçün başlanğıc nöqtələri isə bunlardır: Avtogara No 1 Ski Mərkəzi, Malina No 2 Ski Mərkəzi, Studenets Mərkəzi, Smolyen gölləri və Stoykite. Enmə zolaqları haqqında deyiləcək bir digər əhəmiyyətli nöqtə isə, süni qar maşınları sayəsində qar örtüyü və qış idmanları üçün ən yaxşı şərtlər təmin edilir. Müasir kanat imkanları sayəsində sırada gözləmədən gedəcəyiniz sahəyə sürətlə gedirsiniz.

Pamporovo Otelləri

Müxtəlif çeşidli otellərin sayı çoxdur, ancaq dağ otelləri olduğu üçün otaqları bir az kiçikdir. Azərbaycandakı otellərin keyfiyyətini burada axtarmamaq lazımdır. Hərçənd yaşayacağınız möhtəşəm təcrübələr, qarşılaşacağınız təbii gözəl yerlər sayəsində təxlis xidmətini düşünməyəcəksiniz. Bu kimi otellər vardır. Otel Orlovetz, Butik Villası Arfa, Otel Perelik, Alkoçlar Grand Murgavets, Spa Otel Orfey, Otel Dafovska, Oteli Snejanka, Otel Prespa, Suite Otel Sream ressort, Complex The Castle, Spa Oteli Mursalitsa, Apart Hotel Forest Nuk. Kiçik amma sevimli kazinolarıda da vardır. Eğlenceli zaman keçirə bilərsiniz.

Xizək yamacları otellərdən bir qədər uzaqdır. Bu səbəblə hər otelin səhər 8:30-10:00 arası gediş, 15:00da dönüş xidmətləri var. "Arada gəlmək istəsəm nə edəcəyəm?" deyirsinizsə, taksilərdən istifadə edə bilərsiniz. Taksilər gözünüzü qorxutmasın, 11-12 Leva ilə otelinize qayıda bilərsiniz.

Pamporovada Əyləncə və Gecə Həyatı

Burada yeməklər bir az tanış əslində. Təbii özlərinə xas Bolqar yeməkləri var. Fərqli məkanlar araşdırmaq istəsəniz klassik restoranlar, Bolqar meyxanələri və İtalyan restoranları var. Gloria Mar və Ağ Ev, ləzzətli yeməkləri dada biləcəyiniz lüks restoranlardır. Alkoçlar Grand MurgavetsinA La Carte restoranını da tövsiyə edirik.

Pamporovoda Pul Vahidi

Pamporovo pul vahidi Leva-dır. Bəzi yerlərdə Avro da keçir, amma başınız rahat olsun istəyirsinizsə pulunuzu Leva edib gedin. 1 Leva ortalama 1.9 Avro-dur.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır