Avropada Milad bazarı - Strasburq
28 NOYABR
201

Avropada Milad bazarı - Strasburq

Biraz Alman biraz Fransız olan və “Avropanın Paytaxtı” ünvanına sahib Strasburq, eyni zamanda əfsanəvi Milad bazarları ilə Miladın da paytaxtı olaraq bilinir. Noyabr ayından etibarən sehrli bir şəhərə çevrilən Strazburgda, hədiyyəlik əşyaların, Milad bəzəklərinin, masa örtülərinin satıldığı kiçik taxta evlər, 11 ayrı səmtdə sıra-sıra düzülmüş sizləri gözləyir.

Bütün şəhər mərkəzi nəqliyyat vasitələrinə bağlı olduğundan sərbəst şəkildə və rahatlıqla bazarları gəzə bilərsiniz. Şəhərdə 1570-ci ildən bəri qurulan Christkindelsmarik, Avropanın ən köhnə və ən böyük Milad bazarlarından biridir. Gəzilməsi lazım olan digər bazarlar Place da la Cathedral, Place Broglie, Place d'Austerlitz və Place Gutenbergin-dir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır