Gürcüstan bu il turizmdən 2 mlrd. dollardan çox gəlir əldə edəcək
29 NOYABR
183

Gürcüstan bu il turizmdən 2 mlrd. dollardan çox gəlir əldə edəcək

Cari ilin sonunda Gürcüstan iqtisadiyyatı turizmdən 2 milyard dollardan çox gəlir əldə edəcək”. Turizm.fins.az APA-ya istinadən xəbər verir k,  bu barədə Tbilisidə keçirilən beynəlxalq “İpək yolu” forumunda Gürcüstanın baş nazirinin birinci müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Dmitri Kumsişvili deyib.

O bildirib ki, Dünya Bankı ilə birgə hazırlanmış strategiyaya əsasən, Gürcüstan 2025-ci il üçün 11 mln. turist qəbul edəcək. Nazir qeyd edib ki, turizmin sayəsində Gürcüstanda on minlərlə yeni iş yeri yaradılıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır