“Good bye America” Nə üçün amerikalılar bu ölkəni tərk edir?
04 DEKABR
250

“Good bye America” Nə üçün amerikalılar bu ölkəni tərk edir?

Hər il ABŞ-ı minlərlə insan tək edir. Bu ölkəni tərk edənlərin hər birinin öz səbəbi var. Adətən ABŞ-ı tərk edənlər bu gələn miqrantlardı onlar bir müddət yaşadıqdan sonra yenidən öz ölkələrinə qayıtmaq qərarına gəlirlər. Bəziləri isə bu ölkənin vergisindən yayınmaq üçün bu ölkəni tərk edir. Turizm.fins.az əcnəbi bloggerlərin ABŞ-ı tərk edən insanlar haqqında fikirlərini təqdim edir.

“Arzular ölkəsini”  tərk edən insanlar arasında ilk kateqoriyada miqrantlar yer alır. Onlar bu ölkə istədiklərinə nail ola bilmədiklərindən bu ölkəni tərk edərək ya öz vətənlərinə qayıdır ya da başqa bir ölkəyə köçürlər.

ABŞ-ı tərk edənlər arasında ikinci kateqoriyada isə ABŞ vətəndaşlarıdır hansı ki başqa ölkədə işləyirlər. Daha çox amerikalılar iş səbəbindən başqa ölkələrdə yaşayırlar. Bu daha çox koorperativ sahədə çalışan amerikalılar arasında dəbdir. Əgər ABŞ-da menecment sahəsində yaxşı karyera qurmaq istəyirsizsə o zaman mütləqdir ki əcnəbi ölkələrdə bu sahədə iş təcrübəniz olmalıdır. Məhz ABŞ-da şirkətlərdə yüksək postlar tutmaq üçün bir çoxları başqa ölkələrdə illərlə çalışırlar və daha sonra ABŞ-a qayıdırlar.

ABŞ-ı tərk edən 3-cü kateqoriya da ABŞ-vətəndaşlarıdır. Onlar yaşayış xərcləri daha az olan ölkələrə köçməyə üstünlük verirlər. Misal üçün bu kateqoriya insanlar daha çox Kanada, Meksika,Karib adaları və Avropa ölkələrini seçirlər. Qeyd edək ki ABŞ pasportu vətəndaşlarına bir çox ölkələrdə vizasız yaşamaq hüquqi verir. Odur ki insanlar da bundan asanlıqla yararlanırlar.

Digər kateqoriya insanlar isə ABŞ-dakı vergilərdən təngə gələn insanlardı. Bu cür insanlar ABŞ vətəndaşlığından imtina edirlər. Çünki hətta başqa ölkədə yaşasan belə ABŞ vətəndaşı olduğun hald bu ölkəyə vergi ödəməlisən. Məhz bu səbəbdən bir qrup insanlar xaricə köçdükdən sonra Amerika vətəndaşlığından imtina edirlər.  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır