“Turizm və Otelçilik" sahəsində təlim keçiriləcək
04 DEKABR
305

“Turizm və Otelçilik" sahəsində təlim keçiriləcək

“Turizm və Otelçilik Sahəsində Gənc Mütəxəsisslərin Formalaşması” layihəsi çərçivəsində nəzərdə tutulan təlim proqramları keçiriləcək.

Turizm.fins.az xəbər verir ki, 11-16 dekabr tarixlərində həyata keçiriləcək təlimlərdə iştirakçılar bələdçilik, qonaqpərvərlik sənayesinin təşkili və idarə olunması, mehmanxana idarəçiliyi, turizm şirkətlərinin idarə olunması haqqında biliklər əldə edə biləcəklər.

Layihənin sonunda bütün təlim proqramlarında iştirak edən iştirakçılara təlimçilər tərəfindən imzalanmış sertifikatla təltif olunacaq. Təlim proqramları Azərbaycanın turizm sənayesinin tanınmış mehmanxanaların təcrübəli əməkdaşları tərəfindən keçiriləcək.

Qeyd edək ki, müddəti 6 gün təşkil edəcək və hər biri 2 saat davam edən təlim ödənişsizdir. Təlim proqramları günorta saatlarını əhatə edəcək. Qoşulmaq istəyənlər üçün link: https://goo.gl/forms/blIOVnMTT3JAo9u23

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır