Moskva aeroportlarında 300-dən çox reysin uçuş qrafiki dəyişib
04 DEKABR
207

Moskva aeroportlarında 300-dən çox reysin uçuş qrafiki dəyişib

Rusiyanın Moskva regionundakı hava şəraitinə görə 300-dən çox aviareys gecikib və ya təxirə salınıb. Bu barədə Turizm.fins.az Report-a istinadən xəbər verir. Domodedovo hava limanına gecikmə ilə 152 reys enəcək və qalxacaq. Maksimum gecikmə 2 saat olub.

Şeremetyevo hava limanında isə 120 reys gecikib, 107 reys təxirə salınıb. Təxirə salınan reyslərin 60-ı “Aeroflot” şirkətinin uçuşları olub. Berlin, Varşava, Venesiya, Yerevan, Helsinki və Roma aviareysləri də imtina olunan reyslər arasında olub.

Heydər Əliyev Beynəlxalq Aeroportundan əldə edilən məlumata görə, Moskvadan Bakıya və əks istiqamətlərdə uçuşlarda gecikmə yoxdur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır