Etibarlı turizm şirkətlərinin siyahısı hazırlanacaq – AZƏRBAYCANDA - Ruslan Quliyev
05 DEKABR
508

Etibarlı turizm şirkətlərinin siyahısı hazırlanacaq – AZƏRBAYCANDA - Ruslan Quliyev

Artıq bir müddətdir ki,turizm fəaliyyəti üçün  üçün verilən lisenziyalar aradan qaldırılıb. Əlbətdə bu mütərəqqi bir addımdır. Ancaq nəticə onu göstərdi ki, müxtəlif təşkilatlar şirkətlər kütləvi şəkildə turizm şirkətləri açmağa başladılar. Bu sözləri Turizm.fins.az-a məsələ ilə bağlı açıqlama verən Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının (AHİSTA)-nın prezidenti və AZTA-nın üzvü Ruslan Quliyev bildirib.  

O, təcrübəsizlər və dilitantların vəziyyətdən sui istifadə etdiklərini bildirdi.

Söhbət ölkəyə turist gətirməsindən gedir bu çox strateji məsələdir. Burada Azərbaycan tarixnin izah olunması və müxtəlif təhriflər baş verdi. Bələdçilərin hazırlıq səviyyəsi o qədər də ürək açan olmadı.

Söhbət burada siyahıların hazırlanmasından getmir. Əslində gələn turistlərə xidmət zamanı baş verən prolemlər və mehmanxa və ona bərabər tutulan obyektlərin sahibləri və turizm şirkətlərinin arasında olan problemlər bələdçilər və turizmçilər arasında olan problemlər, xətasız və ya xudda təsirsiz ötüşməyib. Bu cür hadisələr turizmin inkişafına yamsılayan təsirlər olur. Bu gün vahid turizm reysterinin yaradılmasına ehtiyac var. Təbii ki, əvvəllər 5 illik lisenziyanın rüsumu 5500 mant idi. Təklif edirik rüsum simvolik olaraq 1 manat olsun. Təbii ki biz lisenziyanın bərpa olunması deyil sadəcə qeydiyyat mexanizminin olmasına ehtiyac olduğunu fikirləşirik. Ən azından bir pəncərə üsulu ilə  yeni açılan şirkətin bir reysterdən keçməsini təşkil etməliyik.

 Qeydiyyat nə üçün lazımdır?

Ona görə ki, burada bir statistik analizin aparılması üçün monitoringin aparılması üçün bir koordinasiyanın düzgün idarə olunması üçün bazarda bəlli təsəvvür yardılmalıdır. İlkin olaraq burada bütün fiziki və hüquqi şəxslər qeydiyyatdan keçəcək digər Azərbaycanı tanıdan rəsmi saytlarda da bu təşkilatların adları qeyd olunacaq. Daha sonra ölkəmizin turizm xidmətlərindən yararlanmaq istəyən şəxslər həmin resyterdə şirkətlərin adlarının olub olmadığı kontrol edə biləcəklər. Turizm fəaliyyəti ilə məşğul olan bütün təşkilatlar bu reysterdə qeydiyyatdan keçməlidirlər. Güman edirəm ki, 2018-ci ilin 1-ci rünbündə biz artıq turizm haqqında qanunun təsdiqinin şahidi olacayıq. Eyni zamanda bununla da vahid turizm reyterinin yaradılmasına zəmin yaradılacaq deyə Ruslan Quliyev bildirib. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır