Avropanı 1 bilet ilə gəzmək mümkündür
08 DEKABR 2017
1291

Avropanı 1 bilet ilə gəzmək mümkündür

Beynəlxalq Interrail turizm xidməti bütün Avropanı gəzmək üçün  yalnız bir bilet ilə qatar səyahəti təqdim edir. Turizm.fins.az xəbər verir ki, limitsiz qatarla gəzinti bir ay ərzində mümkündür. Səyahət 30 Avropa ölkəsində 40 min istiqamət üzrədir. 1 aylıq limitsiz gəzinti 17-27 yaş arası şəxslər üçün 493 avroyadır. 27-59 yaş arası səyyahlar üçün bilet isə 693 avroyadır. Adı çəkilən xidmət, bilet almaq istəyənlərə şəhərlər arası məsafəni öncədən öyrənməklərini tövsiyyə edir. Le Figaro dərgisinin yaydığı məlumata görə, qatar turuna bir çox turistlər arasında böyük maraq yaranıb. Biletlər isə böyük tələblə satılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır