Gəncə ilə bu şəhər arasında aviareyslərin sayı artırılır
11 DEKABR 2017
1029

Gəncə ilə bu şəhər arasında aviareyslərin sayı artırılır

Rusiyanın “Utair” aviaşirkəti Moskva-Gəncə marşrutu ilə uçuşların sayının artırılması üçün icazə alıb. Turizm.fins.az xəbər verir ki,bu barədə Trend Rusiya Hava Nəqliyyatı Federal Agentliyinin Beynəlxalq daşımalara icazə üzrə qurumlararası komissiyasının protokoluna istinadən məlumat verir. Aviaşirkət reyslərin sayını həftədə 5-dən 7-dək artıracaq. Eyni zamanda, analoji müraciət edən “Uralskie avialinii” aviaşirkətinin təklifi qəbul edilməyib. Qeyd edək ki, “Utair” aviaşirkəti 2016-cı ilin martından Moskva-Gəncə reyslərini həyata keçirir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır