“Emirates” və “FlyDubai” hava şirkətləri 3 ildən sonra bu istiqamətə uçuşları bərpa edib
12 DEKABR 2017
467

“Emirates” və “FlyDubai” hava şirkətləri 3 ildən sonra bu istiqamətə uçuşları bərpa edib

 Birləşmiş Ərəb Əmirliyinin “Emirates” və “FlyDubai” hava şirkətləri İraq üzərindən uçuşları bərpa edib. Turizm.fins.az Report-a istinadən xəbər verir ki, bununla bağlı şirkətlər açıqlama yayıb.

Qeyd edək ki, 2014-cü ildə bir neçə hava şirkəti Avropa və ABŞ istiqamətində İraq üzərindən uçuşları dayandırmışdı. Dekabrın 10-da İraqın baş naziri Heydər əl-İbadi ölkəsinin İŞİD-dən təmizləndiyini bildirib. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır