Bölgələrə gələn turistlərin sayı bəlli oldu - ARAŞDIRMA - BU BÖLGƏ 1 - Cİ OLDU
14 DEKABR 2017
445

Bölgələrə gələn turistlərin sayı bəlli oldu - ARAŞDIRMA - BU BÖLGƏ 1 - Cİ OLDU

Ölkəmizdə turizm infrastruktunun inkişaf etməsi Azərbaycana gələn turistlərin sayına da təsir edib. Əcnəbi turistlər paytaxt Bakı ilə yanaşı bölgələrə də səfər etməyə üstünlük verirlər. Bəs görəsən Azərbaycanda ən çox səfər edilən turizm bölgələri hansılardı? Turizm.fins.az bu suala cavab tapıb. Belə ki, bölgələrdəki turizm informasiya mərkəzlərindən Turizm.fins.az-ın sorğusuna verilən cavablardan belə bəlli olub ki, turistlərin Azərbaycanda ən çox səfər etdikləri bölgə Xaçmazdır. Belə ki, son 11 ay ərzində Xaçmaza 422.600 turist gəlib.

İlin yekunu olaraq son 11 ay ərzində turizm bölgələrinə gələn turistlərin sayını təqdim edirik.

Bölgənin adı

Gələnlərin sayı

Əcnəbi turistlər

Yerli turistlər

Xaçmaz

422600

5515

417085

Qəbələ

226330

132208

94122

Quba

112934

24347

88587

Gəncə

15968

4668

11300

Zaqatala

34956

1800

33156

Şəki

16000

64000

96000

Lənkaran

24600

3200

21400

İsmayıllı

103462

13807

89655

Naxçıvan

338715

------------

----------------

 

Məlumat üçün bildirək ki, Qəbələ bölgəsinə gələn turist sayı son 10 ay ərzində gələn turistlərin statistikasdır. Gəncə şəhəri və Gəncə ətrafı bölgələrə gələn turist sayı isə 6 ay ərzində gələn turistlərin statistikasıdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır