BƏƏ -yi bu ölkə ilə vizanı ləğv edir
15 DEKABR 2017
877

BƏƏ -yi bu ölkə ilə vizanı ləğv edir

İlin sonu gününü ukraynalılar belə bir hədiyyə alacaqlar. Belə ki, BƏƏ-i Ukrayna ilə viza rejimini 2017-ci ilin sonu günü 31 dekabrda ləğv edəcək. Turizm.fins.az xəbər verir ki, bu barədə Ukraynanın xarici işlər naziri Pavlo Klimkin öz tvitter səhifəsində yazıb.

Yeni ildən etibarən iki ölkə arasında vizasız gediş-gəliş olacaq. Biometrik pasporta malik ukraynalılar 30 gün ərzində bu körfəz ölkəsinə vizasız səfər edə biləcəklər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır