Kosmosda 5 ulduzlu otel
26 DEKABR 2017
195

Kosmosda 5 ulduzlu otel

Rus kosmos agentliyi Roscosmoc, Beynəlxalq Kosmos Stansiyasında ultra lüks bir otel əməliyyat planları edir. Turizm.fins.az xəbər verir ki, peyklərdən olan stansiyada, zəngin kosmos turistlərinə dünya mənzərəli bir qonaqlama obyekti yaratmaq məqsədi planlaşdırır.Stansiyada qurulması planlaşdırılan lüks süita, iki kubmetrlik xüsusi kabinələrə sahib olacaq və qonaqlar dünyaya 643 km yuxarıdan baxaraq  yatacaq. Lüks oteli ziyarət edən kosmos turistləri, kabelsiz internet əlaqəsindən, məşq avadanlıqlarından, gigiyena və sağlamlıq stansiyalarından istifadə edə biləcək.

Kosmos turistləri, peşəkar kosmonavtlar müşaiəti ilə stansiyanın xaricinə addım atacaq və kosmos yürüşü edəcəklər.

26 milyard rubla başa gəlməsi  ehtimal edilən lüks kosmos otelinin xərcləri rusya dövləti və özəl şirkətlər tərəfindən qarşılanacaq.

 Kosmos otelində qalmaq istəyən turistlərin ödəməsi lazım olan pul isə xeyli yüksək olacaq. Hələ inşa edilməyən mehmanxana üçün rezervasiya etdirmək istəyənlər, RKK Energia şirkətinə öndən 4 milyon dollar ödəməlidirlər. Turistlər iki il sonra 12,6 milyon dollarlıq ikinci ödəməyi edəcək və son  olaraq 10,8 milyon dollar isə uçuşdan  əvvəl ödənəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır