Dünya ölkələri Yeni ili necə qarşılayır..?
27 DEKABR 2017
407

Dünya ölkələri Yeni ili necə qarşılayır..?

Yeni il müxtəlif ölkələrdə eyni həvəslə, eyni ruh yüksəkliyi, eyni coşqu ilə qarşılanır. Lakin fərqli ölkələrdə fərqli şəkildə. Turizm.fins.azmüxtəlif ölkələrdə Yeni ilin necə qarşılanmasına qısa ekskurs edir. Bir sıra ölkələrdə Yeni il özünəməxsus ənənə ilə, bir qədər də qəribə qarşılanır: dekabrın 31-dən yanvarın 1-ə keçən gecə bəziləri öz dostuna daş hədiyyə edir, bəziləri su ilə bədənlərini yuyur, bəziləri isə evə buğda atır.

İtaliya

İtaliyada Yeni il axşamı köhnə ev əşyalarının pəncərədən küçəyə atılması ənənəsi hələ də qalmaqdadır. Küçədən keçənlər üçün heç də təhlükəsiz olmayan bu adətə əməl edən italyanlar hesab edir ki, nə qədər çox mebel atsanız, Yeni il öz gəlişi ilə evinizə bir o qədər sərvət gətirə bilər.

Böyüklər köhnə ev əşyalarını küçəyə atmaqda ikən uşaqlar bütün Yeni il gecəsi evin buxarına diqqət kəsilirlər. Məhz buxarıdan evə nağıllardakı sirli-möcüzəli Befan gəlməli və uşaqların ayaqqabılarına çoxdan gözlənilən hədiyyələrini qoymalıdır.

Fransa

Bir çox Fransa əyalətlərində bu günə qədər köhnə bir ənənəyə əməl olunmaqdadır. Yeni ildə ilk olaraq su dalınca bulağa gedən ev sahibəsi orada bayram sürfəsindən qoğal və ya bulka qoyur. Bu bayram payını ertəsi gün o biri sahibə götürür, əvəzində özü gətirdiyini bulaq başında qoyur. Qadınlar axşam olana qədər bir-birilərini bu cür qonaq edirlər.

Almaniya

Elə ki, saatlar gecəyarını vurur, müxtəlif yaş təbəqəsinə aid insanlar masa, stul, kresloya minir və son saat zəngi çalınanda birlikdə Yeni ilə atlanırlar.

İngiltərə

İngiltərədə Yeni ildə ən çox sevinən uşaqlardır. Çünki bütün gecəni küçələrdə ticarətçilər maraqlı oyuncaqlar, maskalar, hava şarları satırlar. Yeni il axşamı ingilislər ənənəvi ağ pudinq yeyirlər. Lakin onlar bunu çox ehtiyatlı edirlər - çünki pudinqin içərisində çoxlu yemək üçün yararsız şeylər də olur. Odur ki, pudinq lotereya kimidir, kimə yaxşı, kimə pisi düşür.

Şotlandiya

Şotlandiyada Yeni ilə ərəfəsində çəlləkdə qətran yandırır və çəlləyi bütün küçə boyu diyirləyirlər. Şotlandlar üçün bu, Köhnə ilin yandırılmasıdır. Bundan sonra Yeni ilə yol açıqdır. Bu ölkədə hesab edirlər ki, Yeni ilin gəlişindən sonra evə girən ilk adam xoşbəxtlik və ya bədbəxtlik gətirir. Əgər evə hədiyyə ilə tündsaçlı kişi daxil olarsa, bu xoşbəxtlik əlamətidir.

İrlandiya

Yeni il ərəfəsində İrlandiyada evlərin qapıları taybatay açıq olmalıdır. İstənilən adam istədiyi evə daxil ola bilər, onu ən əziz qonaq kimi qarşılayacaq, bayram sürfəsi ətrafında ən şərəfli yerdə oturdacaq və şirin şəraba qonaq edəcəklər. Və belə bir sağlığa ”Bu evdə və bütün dünyada sülh naminə” badə qaldıracaqlar. O birisi gün bayramın dostlar və tanışlar arasında qeyd olunması adətdir

Rumıniya

Bu ölkədə Yeni il axşamı sürfəyə içərisində kiçik sürprizlər-qəpiklər, farfor fiqurlar, acı bibər qabığı olan bayram qoğalı qoyulur. Qoğalda üzük tapılarsa, bu, o deməkdir ki, Yeni il çoxlu xoşbəxtlik gətirəcək. Acı bibər qabığı isə sürfə arxasına toplaşlanları yalnız güldürəcək.

Bolqarıstan

Elə ki Yeni il təqvimə qədəm qoyur, saatın son zərbəsində Bolqarıstanda bütün evlərdə bir neçə dəqiqəlyə işıqlar söndürülür. Yeni il öpüşmələri başlayır.

Macarıstan

Bu ölkədə Yeni il günü uşaq tütəkləri, fit almaq və hədiyyə etmək dəbdir. Xalq inancına görə, bu musiqi alətlərinin təsirli səsi evdəki cinləri qova, evə sevinc və firəfanlıq gətirə bilər.

Moldova

Moldovada Yeni ildə qonaqlar gözlənilən evlərdə buğda səpmək qəbul olunub. Hesab olunur ki, bununla yeni ildə bol məhsul və firəvanlıq olacaq.

Yunanıstan

Yeni ili qarşılamaq üçün qonaqlığa gedən Yunanıstan sakinləri özləri ilə daş götürür və onu qonaq gözləyən evin kandarına atırlar. Əgər daş ağırdısa, onda deyirlər- “Qoy ev sahibinin sərvəti bu daş kimi ağır olsun”. Yox, əgər daş kiçikdirsə, onda “Qoy ev sahibinin gözünə düşən ləkə bu daş kimi kiçik olsun”deyirlər.

Hindistan

Bu ölkədə Yeni ili müxtəlif cür qarşılayırlar. Ölkənin şimal əhalisi özlərini ağ, qırmızı, cəhrayı və bənövşəyi çiçəklərlə bəzəyirlər. Ölkənin mərkəzində evləri bənövşəyi bayraqlarla bəzəyirlər. Qərbdə evlərin damında od qalayırlar. Bayram ərəfəsində analar böyük qablara uşaqlar üçün aldıqları hədiyyələri, şirniyyatları, gül qoyurlar. Yeni ilin ilk günü səhər uşaqları gözü bağlı nimçəyə yaxınlaşdırırlar ki, onlar özlərinə hədiyyə seçsinlər.

Birma

Birmada Yeni ildə yoldan keçənlər bir-birini su ilə isladaraq uşaqlar kimi sevinirlər. Yeni il gecəsi bu ölkədə çox isti olur.

İndoneziya

Bali adasında Yeni il 10 gün qeyd olunur. Allahların şərəfinə burada rənglənmiş düyüdən “yeməli” sütun düzəldirlər. Düzdür, bu yeməli sütundan Allahlara bir şey qalmır. Bayramdan sonra sütünlar sökülür, düyünü isə evə aparırlar.

Vyetnam

Bu ölkədə də Yeni ili düyü yeməyi ilə qarşlayırlar. Yeni il axşamı canlı balığı çaya və ya gölməçəyə buraxırlar. İnanca görə, balığın belində Allah üzür, o Yeni il günü səmalara çəkilir və orada Yer üzündə insanların necə yaşamasından danışır. Bu gecə küslülər barışır.

Monqolustan

Monqolustanda Yeni ilə heyvandarlıq bayramı il bir vaxta təsadüf edir. Buna görə də bu ölkədə Şaxta baba çobandır. Həmin gün monqollar müxtəlif idman yarışları keçirir, xüsusən də cəldlik və mətinlik üzrə konkursları sevirlər. Bu gün həm də at yarışı keçirilir.

Kuba

Kubada Yeni il gecəsi saat yalnız 11 dəfə vurur. 12-ci zərbə Yeni ilə düşür, bir saat istirahətə verilir və hamı birlikdə bayramı sakitcə qeyd edir. Gecə yarı kubalılar pəncərədən küçəyə su atırlar, Yeni ilin su kimi daha da aydın və təmiz olmasını arzu edirlər.

Haiti

Bu ölkədə Yeni il yeni həyatın başlanğıcını simvolizə edir. Buna görə də onlar bu həyatı yaxşılaşdırmağa çalışırlar. Onlar küsüşdükləri şəxslərlə barışır, mebellərini təmir edir, yenisini alır, dəyiş-düyüş edirlər.

Kolumbiya

Kolumbiya küçələrində Yeni ilə bir gün qalmış küçələrdə əllərində əldəqayırma iri oyuncaqları olan çoxsaylı insanlara rast gəlmək mümkündür. Bu oyuncaqlar köhnə ili simvolizə edir. İnsanlar oyuncağa ötən ildə onlara bəxş olunmuş yaxşı şeylərə görə minnətdarlıq edirlər və köhnə illə vidalaşırlar.

Argentina

Əgər İtaliyada köhnə ev əşyalarını küçəyə atırlarsa, Argentinada Yeni il gecəsi o qədər də təhlükəli deyil, lakin gözləniliməz “yağış”altına düşmək mümkündür. Yerli ofis işçiləri bu yolla özlərinin köhnə təqvimlərindən, kağız-kuğuzlarından, müxtəlif lazımsız maklaturadan qurtulurlar.

Braziliya

Braziliyada Yeni ilin gəlişini çox gözəl qarşılayırlar. Çimərliklərə minlərlə şam gətirir, onları yandırır və qum üzərində qoyurlar. Braziliyalı qadınlar uzunətəkli geyimlərdə əllərində gül dəstələri okeana girir və gül ləpələrini suya atırlar.

Avstraliya

Uzaq Avstraliyada Yeni il günü çox isti havadır, ona görə də Şaxta baba qonaqlığa xəz paltoda deyil, “plavkidə” gəlir. Düzdür, hələlik Şaxta baba saqqaldan və uzundimdik şapkadan üzülüşə bilməyib. Buna baxmayaraq, maral dərili xizəyi nağılbaz baba serfinq taxtasına dəyişib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır