Yeni il bayramını qeyd etməyən ölkələr – Siyahı
27 DEKABR 2017
2839

Yeni il bayramını qeyd etməyən ölkələr – Siyahı

Bir neçə il bundan öncə Səudiyyə Ərəbistanında Yeni ili qeyd etmək rəsmən qadağan edilmişdi. Lakin Səudiyyə Ərəbistanı Yeni ili qeyd etməyən yeganə dövlət deyil. Bu bayramı yanvarın 1-də qeyd etməyən digər ölkələr də var. Turizm.fins.az Yeni İl bayramını qeyd etməyən ölkələrin siyahısını təqdim edir. 

İsrail

Yanvarın 1-i İsraildə adi gün kimi qeyd olunur. Yəhudilər yəhudi təqviminə əsaslanaraq Yeni ili payızda qeyd edirlər. Onların bayramı Roş Xa-Şana adlanır və 2 gün qeyd edilir. İsraildəki bir çox adət, ayin və mərasimlər məhz bu bayramla bağlıdır.

İran

Yanvarın 1-i İranda da bayram kimi qeyd olunmur. İranda yeni il yazın ilk günündə, yəni martın 22-də Novruz bayramıyla qeyd edilir.

Hindistan

Çoxmədəniyyətli Hindistanda o qədər bayram var ki, onların hamısı qeyd olunsa, gərək hindistanlılar işləməsinlər. Hindistanda Yeni il günü bütün şirkət və ofislər çalışır. Martın 22-si Hindistanın vahid milli təqvimi üçün Yeni ildir. Maxaraştra ştatında bu bayramı “Qudi padva”, Andxra Pradeş ştatında isə “Uqadi” adı ilə keçirirlər. Cənubi Hindistanda isə payızda Divapali bayramı qeyd olunur ki, bu da Yeni ilin gəlişini bildirir.

Çin

Çində də Yeni il keçirilmir. Yalnız böyük mağazalarda və alış-veriş mərkəzlərində Qərb ənənələrinə hörmətlə parlaq süni yolkalar və Santa Klaus qoyurlar. Çində Yeni il əslində Ay təqviminə görə keçirilir və Bahar bayramı adlanır. Bu bayram ölkədə üç gün qeyd olunur. Əsasən yanvarın 15-dən fevralın 20-nə qədər müddət ərzində olan tarixlərə düşür. Hər ilə görə tarixi dəyişir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır