“Türk Hava Yolları” ən yüksək göstəricisinə nail olub
27 DEKABR 2017
413

“Türk Hava Yolları” ən yüksək göstəricisinə nail olub

“Türk Hava Yolları” aviaşirkəti 2017-ci ilin noyabr ayı üzrə istehsalat fəaliyyətinin yekunlarını açıqlayıb. Qlobal aviadaşıyıcı hesabat ayında yüklənmə səviyyəsinin ən yüksək göstəricisinə müvəffəq olub – 79,5%. "THY"-dən Turizm.fins.az-a verilən məlumata görə,yüklənmə səviyyəsinin ümumi göstəricisi 5,4 faiz bəndi artıb. Ötən ay aviaşirkət tərəfindən daşınan sərnişinlərin sayı 18,4% artaraq 5,3 milyona çatıb. Sərnişin axını beynəlxalq reyslərdə 20,2% artıb (transfer sərnişinlər xaric).

Hesabat ayında “Türk Hava Yolları” tərəfindən həyata keçirilmiş yük daşımalarının və poçtun həcmi 2016-cı ilin analoji ayı ilə müqayisədə 26,9% artıb. Bu göstərici üzrə ən gözə çarpan artımı Avropa (33,8%) və Uzaq Şərq (31,8%) nümayiş etdirib.

Cari ilin yanvar-noyabr aylarında ötən ilin eyni dövrü ilə müqayisədə tələbat 7,2%, sərnişindaşımaların həcmi isə 8,3% artıb. Aviaşirkətin ümumi sərnişin axını 63,1 milyon insana çatıb.

Hesabat dövründə yüklənmə səviyyəsinin ümumi göstəricisi 4,6 faiz bəndi artaraq 79,1%-ə çatıb, halbuki beynəlxalq aviareyslərdə yüklənmə səviyyəsinin göstəricisi 5 faiz bəndi artaraq 78,3% təşkil edib.

Bu ilin yanvar ayından noyabr ayınadək daşınan yüklərin və poçtun həcminin inamlı artımı sayəsində cari ilin ilk on bir ayında bu göstərici 26,3% artaraq 1 mln tona çatıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır