Azərbaycanda yeni ailə qurmuş cütlüklər bal ayı üçün ən çox bu ölkələrə səfər edirlər
28 DEKABR 2017
619

Azərbaycanda yeni ailə qurmuş cütlüklər bal ayı üçün ən çox bu ölkələrə səfər edirlər

Azərbaycanlı turistlər ölkə daxilində səfərləri sevməklə yanaşı xarici ölkələrə də üz tuturlar. Əsasən ənənəvi istiqamətlər arasında BƏƏ-in Dubay şəhəri və Türkiyənin İstanbul şəhəridir. Lakin son zamanlar yeni istiuqamətlər də formlaşmaqdadır. Yeni istiqamətlər arasında Taylan və Malayziyadır. Adları çəkilən Cənub Şərqi Asiya ölkələrinə sən demə azərbaycanlı cütlüklər səfər etməyi daha çox sevir. Belə ki, Online traveldən Turizm.fins.az-a verilən məlumata görə ölkəmizdə ailə quran yeni cütlüklər bal ayı üçün daha çox Tayland,Sinqapur, Malayziya və Şri-Lanka kimi ölkələrə səfər edirlər. Bu ölkələrin özəlliyi burada eqzotik turizmin olmasıdır. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır