Yeni İldə Bakıda hara getmək olar ?
29 DEKABR 2017
838

Yeni İldə Bakıda hara getmək olar ?

Artıq Yeni İlə sayılı günlər qaldı bu isə o deməkdir ki, çoxları bu bayram günlərində fərqli yerlərdə istirahət və əyləncə üçün məkanlar axtaracaq. Bəs bu bir neçə günlük istirahət günlərini harda və necə keçirmək olar? Bu suala cavab axtaranlar üçün Turizm.fins.az cavab təqdim edir.

 Wine & Cheese! Every Friday

İntourist Hotel Baku-da Wine & Cheese adlı Yeni İl şənliyi keçiriləcək. Tədbir 29 dekabrda saat 18:00-da başlayacaq. Qonaqlara limitsiz şərab və pendir veriləcək. Tədbirə giriş adambaşına 30 manatdır.

Hard Rock Cafe Baku

Hard Rock Cafe Baku-da qonaqlara bayram ilə əlaqədər olaraq 8 yanvar tarixini kimi xüsusi Bonfire Breeze, Royal Cherry Punch və Tennessee Sour içkiləri təqdim olunur. Həmçinin bura gələnlər Island Ice Punch və Velvet Rain içkiləri ilə yanaşı alkaqolsuz Yumberry Cooler-dan da dada bilərlər.

Sintetik

30 dekabrda Sintetik klubda ənənəvi şənbə günü tədbiri keçiriləcək. Tədbirə giriş 5 manatdır. Tədbir 23:00-da başlayacaq.

Solfeggio Lounge & Club

30 dekabrda baş tutacaq tədbirlərdən digər birinin ünvanı isə Solfeggio Lounge & Club-du. Tədbirə xüsusi musiqilər və içkilər təqdim olunacaq. Kluba giriş adambaşına 20 manatdır.

Elektra Events Hall

Elektra Events Hall-da 30 dekabrda məşhur əcnəbi DJ-lər Yves V, DMC Loskin və yerli DJ Seym və DJ Mansur çıxış edəcəklər. Tədbirə giriş biletlərinin qiymətləri 50-200 manat arasında dəyişir. Tədbir 30 dükabr 20:00-da başlayacaq.

Buddha-Bar Baku

Buddha-Bar Baku 31 dekabrda qonaqlara  Glenfiddich viskisi ilə xüsusi 5 növ yemək təklif edir. Həmçinin qonaqlar üçün xüsusi Yeni İl şousu hazırlanıb. Bundan başqa fişənklərlə şou və solacaq. Tədbirə giriş adambaşına 200 manatdır.

EL PORTALON

31 dekabrda EL PORTALON restoranında saat 21:00-dan 04:00-kimi Yeni İl şousu keçiriləcək. Şouda bir-birindən fərqli ifalar və nağara şousu baş tutacaq. Tədbirə adambaşına giriş 350 manatdır.

Pasifico - Lounge & Dining

Adı çəkilən restoranda 31 dekabr tarixində ukraynalı DJ lər çıxış edəcək. Tədbirə giriş bileti adambaşına 50 manatdır. Pasifico - Lounge & Dining Yeni İl şənliyi 20:00-dan 06:00-kimi davam edəcək.

Harbour Restaurant

Harbour Tap & Grill hərkəsi Yeni İli adı çəkilən ünvanda qeyd etməyə dəvət edir. Yeni İl şənliyi Harbour Restaurantda saat 20:00-dan 03:00 kimi davam edəcək. Tədbirdə Nigar Hüseynli və DJ Fanur-un ifaları səsləndiriləcək. Tədbirə giriş bileti adambaşına 55 manatdır.

 

 

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır