Yaşamaq üçün ən yaxşı ölkələr - BMT
29 DEKABR 2017
1050

Yaşamaq üçün ən yaxşı ölkələr - BMT

Birləşmiş Millətlər Təşkilatı hər il olduğu kimi bu il də dünyanın müxtəlif ölkələrində yaşam səviyyəsinə görə ölkələrin reytinqini hazırlayıb. Turizm.fins.az xəbər verir ki, araşdırmaya yaşam səviyyəsi ilə yanaşı insanların ölkələrə görə,uzunpmürlük kriteriyası da daxil edilib. Araşdırma 200 ölkə arasında aparılıb. Tədqiqatlardan belə məlub olub ki, Norveç, Avstraliya, İsveçrə, Almaniya, Danimarka, Sinqapur, Niderland, İrlandiya, İslandiya, Kanada, ABŞ və Honkonq ən yüksək  yekun  göstəriciləri  olan ölkələr sırasına daxildir. Norveç   reytinqdə on iki il ardıcıl olaraq ilk pilləni tutur. Yüksək  səviyyəsi  və uzunömürlülüyü, eləcə də ölkədə   təhsilin səviyyəsi  xüsusi  qeyd olunur. Ən uzun orta ömür müddəti  Honkonq (84 il), Sinqapur (83) və İslandiya (82,7) kimi ölkələrdə qeyd olunur.

 İsveçrə əhalinin tibbi xidmətin səviyyəsinə görə yüksək yer tutur.  Burada orta ömürlülük 83 ildir. HİV və vərəm, malyariya kimi xəstəliklərin səviyyəsi isə aşağıdır.  Avstraliya  və  Norveç  də ən xoşbəxt  ölkələri siyahısına düşüb. Danimarkada tam iş günü çalışan əməkdaşlar üçün əmək haqqı  göstəricisi  7,8%-dir. Müqayisə üçün: ABŞ-da bu göstərici 17,9% təşkil edir. Niderland dünyada   qeyri-bərabər gəlirliyin ən aşağı göstəricilərdən biri olub. ABŞ-ı vətəndaşlarının maddi rifahına görə yüksək qiymətə layiq görülüb: Amerikalılar orta hesabla ildə təxminən 53 min dollar qazanırlar. Təhsil sistemi haqqında danışarkən, ekspertlər Avstraliya, Almaniya və Kanadanı  xüsusilə qeyd ediblər. Son məlumatlara görə İrlandiyada cinayətkarlığın səviyyəsi çox aşağıdır: hər yüz min nəfərə 1,1 cinayət düşür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır