Bu ölkəyə immiqrasiya edənlərin sayı sürətlə artır
04 YANVAR
518

Bu ölkəyə immiqrasiya edənlərin sayı sürətlə artır

Avstraliya statistika bürosunun apardığı araşdırmalara görə, Avstraliyada əhalinin sayı hər 1 dəqiqə 26 saniyədə 1 nəfər artır. Turizm.fins.az xəbər verir ki, artım əsasən bu proses bu ölkəyə gələn immiqrantların sayəsində baş verir. Bu göstərici Avstraliyanı dünyada ən çox immiqrant qəbul edən ölkələr arasında birinci edir. Statistikaya görə, hazırda ölkənin 24 772 437 nəfər əhalisi var. Hesablamalara görə, bu gedişlə Avstraliya əhalisi 2018-ci ildə 25 milyonu ötəcək. Avstraliyaya illik immiqrasiya artım tempi hazırda 1.6% təşkil edir. Xatırladaq ki, bu göstərici ABŞ-da 0.7%,Böyük Britaniyada 0.6%,Fillippin və Sinqapurda isə 1.5%  təşkil edir. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır