"Şahdağ"a gələnlərin 40% məhz bunun üçün gəlib
04 YANVAR
554

"Şahdağ"a gələnlərin 40% məhz bunun üçün gəlib

Artıq 6-cı mövsümdür ki, “Şahdağ” Turizm Mərkəzində Yeni il tətilini tam fərqli abu-havada qarşılamaq istəyənlər üçün xüsusi bayram şənlikləri təşkil olunur.

"Şahdağ" istirahət mərkəzindən Turizm.fins.az-a verilən məlumata görə,bayram ərəfəsində 5 istirahət günü ərzində mərkəzi 16.000-dən çox turist ziyarət edib. Onlardan 40 %-dən çoxu məhz xizək sürmək üçün mərkəzə üz tutan xizək həvəskarları olub.

Qeyd edək ki, bayram günlərində turistlərin istirahətini və bayram tətillərini yüksək səviyyədə təşkil etmək üçün turizm mərkəzi gücləndirilmiş iş rejimində çalışıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır