3 gecə İstanbulda – QİYMƏTLƏR
04 YANVAR
506

3 gecə İstanbulda – QİYMƏTLƏR

Dünyada iki qitədə (Avropa və Asiya) yerləşən yeganə şəhər İstanbuldur. Özündə zəngin tarixi və mədəniyyəti yaşadan, 2 000 illik tarixi boyunca 3 böyük imperiyanın paytaxtı kimi tarixin hər üzünü görən məkan. Başdan-başa zəngin mədəniyyət abidələri ilə dolu şəhər və muzey. İstanbulu tanımaq üçün onun haqqında oxumaq, danışılanları dinləmək yetərli deyil. Bunun üçün mütləq tarix qoxan küçələri addım-addım dolaşmaq, dünya üzərindəki ən böyük imperiyalardan - Bizans və Osmanlıdan qalan mirası yerində görmək, hər küncündə özün üçün kəşflər etmək lazımdır. Bu kəşfi etmək istəyənlər üçün isə Online Travel turizm şirkəti İstanbula tur təşkil edir. Səfər 13.01.2018- 16.01.2018 tarixlərində  3 gecə 4 gün olacaq. Turun qiyməti 275 dollardı. Bu qiymətə aviabilet (gediş-gəliş), oteldə qonaqlama , səhər yeməyi və transfer daxildir. Turla maraqlananlar 012 409 44 42; 012 409 44 20; 051 409 44 42 / 051 409 44 20 (WhatsApp) telefon nömrələri ilə əlaqə saxlaya bilərlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır