Dünyada ən gözəl aeroportu - Azərbaycanda
05 YANVAR
531

Dünyada ən gözəl aeroportu - Azərbaycanda

Bakıdan 20 kilometr şimal-şərqdə yerləşən və Qafqazda ən böyük beynəlxalq hava limanı olan Heydər Əliyev Beynəlxalq Aeroportu bu dəfə İndoneziyanın “The Jakarta Post” qəzetinin diqqət mərkəzinə düşüb. Qəzet bu hava limanını ən gözəl aeroport adlandırıb.
Məqalədə hava limanlarının ölkə və insanların həyatındakı rolundan geniş danışılır. Məqalədə hava limanları yalnız nəqliyyatla bağlı bir məkan deyil, həm də ölkənin iqtisadi göstəricisi olduğu qeyd edilir. Dünyada 13 ən gözəl aeroportun adını açıqlayan “The Jakarta Post” siyahıda ilk olaraq Heydər Əliyev Beynəlxalq Aeroportunu vurğulayıb. Heydər Əliyev Beynəlxalq Aeroportu ildə 5 milyondan çox sərnişinə xidmət edə bilər. İkinci yerdə ABŞ-da yerləşən Denver , üçüncü yerdə isə İspaniyanın Madrid aeroportu qərarlaşıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır