"flydubai" -dan yenilik
05 YANVAR
412

"flydubai" -dan yenilik

"flydubai" Hava Yollarının ümumi  dəyəri 27 milyard dollar olan 225 ədəd müasir BOİNG 737-MAX 8 təyyarə sifariş edib. Şirkətin Bakı təmsilçisindən Turizm.fins.az-a verilən məlumata görə, bu gün aviaşirkətin flotu 61 ədəd Boeing 737-800 Next-Generation  və Boeing 737 MAX 8 təyyarədən ibarətdir. Bundan başqa, 70 təyyarə 2023-cü ilə qədər aviabazaya əlavə olunacaqdır. Qeyd etmək istəyirik ki, flydubai Hava Yolları dünyanın 44 ölkəsində 100 şəhərə uçur.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır