Azərbaycanlılar daha çox bu ölkədə istirahət edib
05 YANVAR
492

Azərbaycanlılar daha çox bu ölkədə istirahət edib

Ötən il Azərbaycan Gürcüstana səfər etmiş əcnəbi ziyarətçilərin sayı baxımından 2-ci pillədə qəraralaşıb. Gürcüstan Milli Turizm Administrasiyasının rəhbəri Giorgi Çoqovadze 2017-ci ilin turizm yekunlarına həsr olunmuş brifinqdə deyib ki, ötən il Gürcüstana Azərbaycandan səfər edənlərin sayı 1 694 998 nəfər olub.  Bu da 2016-cı illə müqayisədə 11,2% çoxdur. Turizm.fins.az APA-ya istinadən xəbəbr verir ki, ötən il qonşu ölkəyə ümumilikdə 7 554 936 əcnəbi səfər edib ki, bu da ötən ilin eyni göstəricisindən 18,8% çoxdur. Onlardan 3 478 932 nəfəri Gürcüstanda 24 saat və ya daha çox vaxt ərzində olub.

Azərbaycanla yanaşı, Gürcüstana ən çox səfər etmiş əcnəbilər arasında Ermənistan (1 718 016), Rusiya (1 392 610) və Türkiyə (1 246 745) vətəndaşları da yer alıb.

Gürcüstanın 2017-ci ilin 3 rübündə xarici turizmdən əldə etdiyi gəlir 2,2 mlrd. dollar təşkil edib ki, bu da 2016-cı ilin eyni göstəricisi ilə müqayisədə 29% çoxdur. Ötən ildə əldə olunmuş ümumi gəlirin bu il 2,7 mlrd. dollara çatacağı proqnoz olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır