İtaliyanın bu şəhərində pulsuz evlər paylanılır – QAYDALAR
08 YANVAR
791

İtaliyanın bu şəhərində pulsuz evlər paylanılır – QAYDALAR

İtaliyanın cənubunda yerləşən  bu şəhərdə pulsuz evlər paylanılır. Belə ki, Kalabriya vilayətinin Krikoli şəhər rəhbərliyi şəhərin mərkəzi tarixi yerində yerləşən iki mərtəbəli evləri  pulsuz paylamaq qərarına gəlib. Turizm.fins.az xəbər verir ki, bu evlər vaxtı ikən bu ərazidə yaşayan sakinlərə məxsus olublar. Lakin sonradan bu evlər sahibləri tərəfindən tərk edilib. Bununla da adı çəkilən şəhər rəhbərliyi Kalibriya yeni sakinlərin  və turistlərin diqqətini cəlb etmək üçün bu addımı atmaq qərarına gəliblər.

Hazırda Krukolidə 3 min insan yaşayır. Sakinlərin sayı isə ilbəil azalır. Lakin evlər o şərtlə pulsuz verilir ki, bu evlərə sahib olmaq istəyənlər mənzilləri təmir etdirəcək.

Ev sahibi olmaq istəyən namizədlərə tələblər aşağıdakı kimidir:

Ev alan hər bir şəxs gorpv olaraq 5 min avro ödəməlidir

Evi əldə etmək istəyən şəxs Avropa birliyi ölkələrinin birində yaşamaq icazəsi olmalıdır

Ev yeni sahibinin mülki olduqdan 6 ay sonra mənzildə təmir işlərinə başlanılmalıdır.

Evləri yalnız şəxsi mənzil və ya otel kimi istifadə etmək mümkündür.

Bu qaydaları yetirməyən şəxslərdən sahiblik hüququ əlindən alınır.

Evlərin siyahısı 2018-ci il 15 yanvar tarixində saat 09:00-dan etibarən Krikoli şəhər  bələdiyyəsinin saytında yerləşdiriləcək. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır