2018-ci ildə səfər ediləcək ən yaxşı yerlərin adları – FORBES
08 YANVAR
552

2018-ci ildə səfər ediləcək ən yaxşı yerlərin adları – FORBES

Məşhur Forbes dərgisi  turizm sahəsinin tanınmış ekspertləri və qərbdə məşhur olan turizm şirkətləri arasında sorğu aparıb. Turizm.fins.az xəbər verir ki, sorğu 2018-ci ildə səyahət etmək üçün ən yaxşı yerlərin adları ilə bağlı olub.

Sorğu əsasında siyahının ilk pilləsində Kambodca qərarlaşıb. Bu ölkədə açılan yeni-yeni otellər həmçinin zəngin çimərlikləri turizm şirkətlərini məhz bu ölkəni birinci etməyə vadar edib.

Siyahının ikinci pilləsində isə peyzajları ilə məşhur olan Boliviya qərarlaşıb.  Buranın özəl gölləri və qastronomik turizmi olduqca məşhurdur. Üçlüyü isə Cənubi Tanzaniya tamamlayır. Bu ölkə öz milli parkları ilə məşhurdur.

Həmçinin siyahıda Tasmaniya, Mexiko, ABŞ-da Aşvilll, Çad, Şimali Braziliya,Çili,Milan və Misirin adaları yer alıb. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır