Azərbaycanda 3 ən məşhur otelin adı açıqlandı
08 YANVAR
725

Azərbaycanda 3 ən məşhur otelin adı açıqlandı

Cari hesabat dövründə Hilton Baku haqqında dərc olunan məlumatların kəskin artması bu ayda iki məşhurun, - Braziliya futbolçusu Dani Alveş  və  100 kiloqram çəki atması ilə gündəmə gələn Faruk Sabancı Yeni il bayramını bu oteldə qeyd edəcəyinə dair məlumatlar mediada dərc edilib. Turizm.fins.az xəbəbr verir ki,Media Consulting and Services  01-31 Dekabr 2017-ci il dövrü üzrə məlumatların ilkin hesabatına görə, ümumilikdə otellərin adı 863 dəfə hallanıb. Otellər arasında ən məşhuru isə Hilton Baku oteli olub. Bu mehmanxananın adı 265 dəfə çəkilib. Siyahının ikinci pilləsində isə Excelsior Baku - 171 dəfə adı çəkilməklə yer alıb. Üçlüyü isə adı ay ərzində 100 qeyd edilən Fairmont Baku olub.

Hesabat dövründə otelçilik sektorunda əsas mövzu yeni il proqramları olub. Qeyd edək ki, hazırda 21 otelin monitorinqini aparılır. Məlumatların sayından göründüyü kimi bu sektor çox passivdir və demək olar ki, onlar yerli media ilə işləməyə həvəs göstərmir. Bunu şərtləndirən amillərdən biri onların əsas müştərilərinin əcnəbilərin olması göstərilə bilər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır