Azərbaycana 3 nəfər turist keçmiş SSRİ-nin pasportu ilə gəlib - STATİSTİKA
08 YANVAR
842

Azərbaycana 3 nəfər turist keçmiş SSRİ-nin pasportu ilə gəlib - STATİSTİKA

2017-ci il ərzində Azərbaycana səfər edən xarici vətəndaşlar arasında 3 nəfər keçmiş SSRİ-nin pasportu ilə gəlib. Turizm.fins.az xəbər verir ki, bu barədə Mədəniyyət və Turizm Nazirliyinin ilin yekunları ilə bağlı statistikasında qeyd olunub. Bundan başqa ötən il Azərbaycana gələn turistlər arasında 2 nəfər Şimali Koreya vətəndaşı da olub. Həmçinin geridə qoyduğumuz 2017-ci ildə Azərbaycana səfər edən turistlər arasında Azərbaycana Dominikan Respublikası, Vatikan, Botsvana, Liberiya, Yuqoslaviya, Bahama, Svazilend, Antiqua və Barbuda, Saint Lucia, San Tome və Prinsipe, Terks və Kaikos, Malavi, Monako, Amerika Samoası, Mərkəzi Afrika Respublikası, Konqo Respublikası, Tuvalu, Kabo-Verde, Kiribati, Lesoto, Papua Yeni Qvineya, Saint-Vinsent və Qrenadin dövlətlərinin vətəndaşları da var.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır