Son 16 ildə Şimali Koreyadan Azərbaycana 477 nəfər səfər edib
09 YANVAR
254

Son 16 ildə Şimali Koreyadan Azərbaycana 477 nəfər səfər edib

 Son 16 ərzində Şimali Koreyadan Azərbaycana səfər edənlərin sayı açıqlanıb.

Turizm.fins.aqz-ın Report-a istinadən xəbərinə görə, 2002-2017-ci illər ərzində Şimali Koreyadan Azərbaycana 477 nəfər səfər edib.

Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin məlumatına əsasən, Şimali Koreyadan 2002-ci ildə 98, 2003-cü ildə 53, 2004-cü ildə 198, 2006-cı ildə 3, 2007-ci ildə 22, 2008-ci ildə 5, 2009-cu ildə 4, 2010-cu ildə 15, 2011-ci ildə 3, 2012-ci ildə 42, 2013-cü ildə 3, 2014-cü ildə 1, 2015-ci ildə 15, 2016-cı ildə 13, 2017-ci ildə 2 nəfər gəlib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır