Azərbaycan dünya pasport reytinqində mövqeyini yaxşılaşdırıb
09 YANVAR
266

Azərbaycan dünya pasport reytinqində mövqeyini yaxşılaşdırıb

 "Henley & Partners" şirkəti tərəfindən tərtib edilmiş və viza məhdudiyyətləri indeksinə əsaslanan reytinqə əsasən, Azərbaycan pasportu dünyada "gücünə" görə 72-ci yeri tutur.

Fins.az xəbər verir ki, Azərbaycan "Henley & Partners" şirkətinin ötənilki reytinqi ilə müqayisədə mövqeyini 2 pillə yaxşılaşdırıb (keçən il 74-cü sırada idi).

Bu siyahıda Ermənistan 76-cı, Gürcüstan 53-cü, Rusiya 48-ci, Belarus 65-ci, Ukrayna 44-cü olub.

Reytinqə əsasən, Almaniya pasportu sərbəst hərəkət etmək üçün daha çox imkan verir - 177 ölkə. İkinci pillədə 176 ölkə göstəricisi ilə Sinqapur qərarlaşıb. 8 ölkənin - İsveç, Böyük Britaniya, Danimarka, İtaliya, Norveç, Finlandiya, Fransa və Yaponiyanın pasportları ilə isə viza rəsmiləşdirmədən dünyanın 175 ölkəsinə səfər etmək mümkündür.

Qeyd edək ki, indeks dünyada 200-dən çox ölkə və ərazilərin viza rejimini araşdırır və onları vizasız girişin mümkün olduğu ölkələrin sayı üzrə sıralayır.

Ölkənin reytinqdəki mövqeyi vətəndaşlarının vizasız gedə biləcəyi ölkələrin sayı ilə müəyyən edilir.

© Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır