Bakıdan Tbilisiyə uçan təyyarə güclü küləklə bağlı bir saata yaxın eniş edə bilməyib
10 YANVAR
341

Bakıdan Tbilisiyə uçan təyyarə güclü küləklə bağlı bir saata yaxın eniş edə bilməyib

 Güclü külək Tbilisi aeroportunda uçuşların qrafikində gecikmələr yaradıb. 

Turizm.fins.az-ın Report-a istinadən məlumatına görə, bu gün Bakıdan Tbilisiyə uçan təyyarə güclü küləklə əlaqədar bir saata yaxın hava limanında eniş edə bilməyib.

Təyyarənin saat 11:45-də eniş etməsi mümkün olub. Digər reyslərdə də ləngimələr müşahidə olunur. 

Qeyd edək ki, Gürcüstan paytaxtı Tbilisidə dünən gecə boyu davam edən güclü külək ağacları kökündən çıxarıb, elektrik xətlərini və avtomobilləri zədələyib. Gürcüstan paytaxtının bir neçə rayonunda elektrik enerjisi təchizatı məhdudlaşdırılıb. Bundan əlavə, güclü küləyə görə təyyarə uçuşlarını təxirə salmaq zərurəti yaranıb. O cümlədən Tbilisidən Almaniya və Türkiyə istiqamətində iki reys həyata keçirilməyib. Sərnişinlər hava limanında gözləmək məcburiyyətində qalıblar.

Tbilisi Beynəlxalq Hava Limanında küləyin sürəti saniyədə 31 metrə çatıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır